Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Fransanın Ermənistandakə səlahiyyətli və fövqəladə səfirini Ann Luyonu qəbul etdi.
Baş nazir qeyd etdi ki, Ermənistan-Fransa münasibətləri dinamik şəkildə inkişaf edir və Ermənistan dost Fransa ilə həm ikitərəfli, həm də çoxtərəfli qaydada imtiyazlı əlaqələrin davamlı olaraq möhkəmlənməsində maraqlıdır.
Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu vurğulayıb.
Səfir qeyd etdi ki, Fransa dost Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət verir və onun möhkəmləndirilməsi üçün səyləri davam etdirməyə hazırdır.
Tərəflər Ermənistan-Fransa ikitərəfli münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, regional vəziyyətlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.