Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd etdi ki, Qərb rus dünyasına total müharibə elan edib.
"Qərb bizə, bütün rus dünyasına total müharibə elan edib. İndi bunu heç kim gizlətmir, bu, absurdluq həddinə, Rusiyanın və ölkəmizlə bağlı hər şeyin ləğvi mədəniyyətinə çatır. Klassiklərin - Çaykovski, Dostoyevski, Tolstoy, Puşkinin qadağası altında... Bu gün mədəniyyətimizi təmsil edən mədəniyyət və incəsənət xadimləri də təqib olunurlar”,- deyə Sergey Lavrov bildirdi.