Paris meri Ermənistana rəsmi səfərə gəlib. Bu barədə Yerevan bələdiyyəsi məlumat yayıb. Ann İdalgonu Zvartnots beynəlxalq hava limanında Yerevan merinin birinci müavini Levon Hovhannisyan qarşılayıb.
Yerevan merinin birinci müavini salamlama nitqində ümidvar olduğunu bildirib ki, qarşıdan gələn görüşləri zamanı təkcə iki paytaxt arasında artıq həyata keçirilən proqramlar müzakirə edilməyəcək, həm də yaxın bir neçə gün ərzində əməkdaşlığın yeni sahələri ilə bağlı razılıq əldə olunacaq.
Parisin meri Ann İdalgo səmimi qəbula görə təşəkkür edərək əmin etdi ki, Parisə, məsələn, “Tumo” ideyasını verən şəhər, Fransanın paytaxtı hər şeydə dəstək və köməklik göstərməyə hazırdır.
Qeyd edək ki, səfər çərçivəsində Paris merinin Yerevan meri Hraçya Sargsyanla görüşü nəzərdə tutulub. Görüş zamanı gələcək əməkdaşlıqla bağlı məsələlər və Ermənistan və Fransa paytaxtlarının cari proqramları müzakirə olunacaq.