Mayın 26-da bütün ermənilərin katolikosu II Qaregin Münaqişə Zonalarında İrsin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın (ALİF) icraçı direktoru Valeri Frelanı qəbul edib. Bu barədə Ana Tacın İnformasiya Sisteminin “Facebook” səhifəsində deyilir.
Artsaxda 44 günlük müharibəyə və müharibədən sonrakı vəziyyətə toxunan katolikos xüsusilə Azərbaycanın nəzarəti altına keçmiş ərazilərdə erməni dini və mədəni irsinin dağıdılması və mənimsənilməsi faktlarından narahatlığını bildirib.
O qeyd edib ki, Azərbaycanın yeritdiyi siyasət beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirilməli, bu istiqamətdə təxirəsalınmaz qabaqlayıcı tədbirlər həyata keçirilməlidir.
“Söhbət zamanı bütün ermənilərin katolikosu qonağa Artsaxın erməni dini və mədəni irsinin qorunub saxlanması üçün Ana Tac tərəfindən həyata keçirilən işləri də təqdim edib”- deyə məlumatda qeyd olunub.