Mayın 27-də Yerevanda Ermənistan Respublikasının və Bolqarıstan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Ermənistan nümayəndə heyətinə ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan, Bolqarıstandan isə Bolqarıstan xarici işlər nazirinin müavini İrena Dimitrova başçılıq edib.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəlikdəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məsləhətləşmələrin sonunda İrena Dimitrovanı Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan qəbul edib.
Həmsöhbətlər Ermənistan-Bolqarıstan ikitərəfli əməkdaşlığına, xüsusilə iqtisadi və mədəni sahələrdə, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığa toxunublar.
Ermənistan tərəfi Bolqarıstanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrliyinin səylərini dəstəkləyən mövqeyini bir daha təsdiqləyib.