Ermənistan komissiyasının sədri, baş nazirin müavini Mher Qriqoryan qeyd edib ki, Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə regionda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupun iclası keçiriləcək.
Baş nazirin müavini Mher Qriqoryan TASS-ın müxbiri ilə müsahibəsində bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delmitasiyası və təhlükəsizlik məsələsi üzrə milli komissiyaların mayın 24-də baş tutan birinci görüşü konstruktiv keçib.
Qriqoryan bildirib ki, gələn həftə məsələ ilə bağlı ikinci görüşün keçirilməsi gözlənilir. “Görüşün konkret tarixinin müəyyən edilməsi razılaşdırılır, gündəliyinə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 (9) noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndində göstərilən razılaşmaların və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın icrası daxildir. Bu gündəliyin delimitasiya ilə əlaqəsi yoxdur”.