Mayın 30-31-də Avropa Şurasınn xüsusi iclası keçiriləcək. Bu barədə qurumun rəsmi səhifəsində bildirilib.
Məlumata görə, toplantıda Ukraynada enerji, ərzaq təhlükəsizliyi, həmçinin müdafiə məsələləri müzakirə olunacaq.
Eyni zamanda Avropa Şurasının infrastukturlarından istifadə edərək Ukraynaya kənd təsərrüfatı məhsullarının ixracına kömək etmək məsələsi də gündəlikdə olacaq.