Mayın 27-də ER müdafiə naziri Suren Papikyan Rusiya Federasiyasının Artsaxdakı Sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovu qəbul edib.
Görüşdə Rusiyanın Ermənistandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi, polkovnik İqor Şçerbakov da iştirak edib. General-mayor Andrey Volkov ER müdafiə nazirinə Rusiyanın Artsaxdakı sülhməramlı bölməsinin cavabdehlik zonasındakı vəziyyət və cari hadisələr barədə məlumat verib.
Həmsöhbətlər Rusiya Federasiyasının regionda hərbi-siyasi vəziyyəti sabitləşdirmək səylərini, eləcə də Rusiyanın Artsaxdakı sülhməramlı missiyasının prosesini və səmərəliyini yüksək qiymətləndiriblər.
Tərəflər həmçinin regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.