Çernoqoriya prezidenti Milo Cukanoviç bu gün iki günlük rəsmi səfərlə Ermənistana gəlib.
Yerevanın “Zvartnots” Beynəlxalq Hava Limanında yüksək vəzifəli qonağı iqtisadiyyat naziri Vahan Kerobyan, Ermənistan Respublikası Prezidentinin Aparat rəhbəri vəzifəsini icra edən Xaçatur Poğosyan və digər rəsmi şəxslər qarşılayıblar.