Ermənistana rəsmi səfərə gələn Çernoqoriya prezidenti Milo Cukanoviç Yerevan meri Hraçya Sargsyan və Ermənistan Respublikasının iqtisadiyyat naziri Vahan Kerobyanın müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib.
Erməni Soyqırımı Muzey-İnstitutunun muzey işləri üzrə direktor müavini Lusine Abrahamyan memorialın yaradılması barədə qonaqlara məlumat verib.
Milo Cukanoviç Erməni Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, Erməni Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.