ER Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə Milli Bayram münasibətilə təbrik məktubu göndərib.
Təbrik məktubunda N. Paşinyan Dövlət Müstəqilliyinin bərpası günü münasibətlə öz təbriklərini çatdırıb və qeyd edib ki, qonşu və dost Gürcüstanın müstəqil dövlətçilik yolu erməni və gürcü xalqlarının öz şəxsiyyətlərini və dini dəyərlərini qorounub saxlaması, dostluq ruhuna sadiq qalması üçün çox vacibdir.
“Əminəm ki, bizim iki ölkəmiz arasında olan münasibətlərin əsasındakı çoxşaxəli əməkdaşlığın təcrübəsi gələcəkdə də lazımi səylərin göstərilməsi ilə qarşılıqlı faydalı naiyyətlər və yeni uğurlarla əlavə olunacaq”,-deyə Baş nazir vurğuladı və qardaş gürcü xalqına rifah və sülh arzuladı.