Parlament-hökumət sual-cavabı ərzində “Mülki müqavilə” fraksiyasının deputatı Taguhi Qazaryan ER XİN başçısı Ararat Mirzoyana Ermənistan-Türkiyə normallaşması prosesi çərçivəsində yaxın gələcəkdə Ermənistanda və ya Türkiyədə mümkün görüşün olub olmaması barədə sual verib.
“Mən görüşün yerinə böyük əhəmiyyət vermirəm. İstisna etmirəm ki, prosesdə müəyyən irəliləyiş olarsa, Ankarada və Yerevanda da belə görüşlər ola bilər.
Hazırda deyə bilərəm ki, nə qədər də bəyanatlarda qeyd-şərtsiz proses barədə danışılırsa, təəssüf ki, türk həmkarlarımız bu prosesi Azərbaycanla aramızda olan proseslə sinxronlaşdırırlar. Təbii, bu prosesə əlavə konstruktiv dəyər vermir və prosesi daha konstruktiv etmir.
Müzakirələr davam edir. Təəssüf ki, hazırda önəmli nəticə yoxdur. Ümid edirəm ki, gələcəkdə nəticələrimiz olacaqdır.
Biz təqdim etdiyimiz mövqedə səmimiyiq və sərhədin açılması və münasibətlərinin qurulmasında maraqlıyıq.
Bunu Türkiyə tərəfindən də görümək istərdik. Türkiyə xarici işlər nazirinin müxtəlif jestləri prosesə töhvə vermir”,-deyə Mirzoyan bildirdi.