Statistika Komitəsi Ermənistanın yanvar-aprel ayları üzrə iqtisadi aktivlik indeksini açıqlayıb.
Komitənin məlumatına görə, 4 ayda iqtisadi aktivlik indeksi 9,4% artıb. Xarici ticarət 33,8%, o cümlədən ixrac 25,2%, idxal isə 39,1% artıb. Sənaye istehsalının həcmi 2,6 faiz, xidmətlərin həcmi 23,5 faiz, ticarət dövriyyəsi həcmi 7,8 faiz, tikintinin həcmi 9 faiz artıb. Elektrik enerjisi istehsalı da 14,1 faiz artıb.
İstehlak inflyasiyası 7,4 faiz təşkil edib.