Baş nazir Nikol Paşinyan Avstraliyanın yeni seçilmiş baş naziri Entoni Albanisə təbrik məktubu göndərib.
Məktubda Paşinyan Ermənistan-Avstraliya münasibətlərinin inkişafını və möhkəmlənməsini yüksək qiymətləndirib:
“Ölkələrimiz arasında mövcud yüksək səviyyəli siyasi dialoq ikitərəfli əməkdaşlığın yeni perspektivlərinə inam yaradır. Mən Sizinlə Ermənistan və Avstraliya arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün işləməyə hazıram.
Əminəm ki, birgə səylərlə biz ikitərəfli gündəliyi qarşılıqlı maraq doğuran proqramlarla tamamlayacağıq”.