“Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının ikinci görüşü gələn həftə Moskvada keçiriləcək”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko söyləyib.
Xatırladaq ki, ötən gün əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.