İsveç və Finlandiya Ankaraya nümayəndə heyətləri göndərir.
Bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Davosda keçirilən Dünya İqtisadi Forum çərçivəsində panel müzakirələrdə deyib.
“İsveç və Finlandiya öz nümayəndə heyətlərimizi Ankaraya səfərə göndəririk. Bu, sabah olacaq, yəni dialoq davam edir”, - finlandiyalı nazir bildirib.
Xatırladaq ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə Türkiyə etiraz edir.