İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək. Azərbaycan KİV xəbər verir ki, iranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək.
Forumda Xəzər regionunda yeni hasilat imkanları, qaz marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi də nəzərdən keçiriləcək.
Daha əvvəl, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşündə İranın neft naziri Cavad Ovci bildirmişdir ki, yaxın zamanda Azərbaycan və İran arasında Xəzər dənizinin neft və qaz yataqlarının işlənilməsi sahəsində yeni sazişlər imzalanacaq.