Mayın 24-də Ermənistanın müdafiə naziri Suren Papikyanın sədrliyi ilə KTMT-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
Müdafiə nazirləri kollektiv təhlükəsizlik bölgələrində hərbi təhlükəsizlik çağırışları və təhdidləri, habelə Qazaxıstanda KTMT sülhməramlı missiyasının nəticələrinə əsaslanan təkliflərin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
İclas iştirakçıları birgə təlimin planlaşdırılması, əsas tədris-metodiki və tədqiqat təşkilatları sisteminin inkişafı və təkmilləşdirilməsi, kollektiv təhlükəsizlik qüvvələrində və vasitələrində radiasiya, kimyəvi-bioloji təhlükəsizlik, tibbi təminatın və bir sıra digər məsələlərini təsdiq ediblər.
İclasın sonunda ER müdafiə naziri KTMT katibinə bütün qəbul edilmiş sənədlərin imzalanmasını fərdi qaydada təşkil etməyi təklif edib.
KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası 2022-ci ilin dördüncü rübündə Ermənistan Respublikasında KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası ərəfəsində planlaşdırılıb.