Ermənistan ərazisində dəhliz məntiqi ilə yol və ya nəqliyyat marşrutu ola bilməz. Bu barədə ER Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan “Armenpress”-ə bildirib.
Sual – Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib ki, mayın 22-də Brüsseldə tərəflər Ermənistan ərazisindən keçən dəhlizin yaradılması, o cümlədən dəmir yolu və avtomobil yolunun tikintisi ilə bağlı razılığa gəliblər. Bu bəyanatı necə şərh edərdiniz?
Cavab – Ermənistan Respublikasının mövqeləri dəyişməyib. Ermənistan ərazisində dəhliz məntiqi ilə yol və ya nəqliyyat marşrutu ola bilməz. Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasına aiddir.
Brüsseldə əldə olunan bütün razılaşmalar Ermənistan nümayəndələrinin keçmişdə açıqladığı bəyanatlara uyğundur.
Görüşün yekunu olaraq Aİ Şurasının Prezidentinin verdiyi bəyanatında görə bilərsiniz ki, regional kommunikasiyaların açılması kontekstində razılaşmalarda sərhəd, gömrük nəzarəti, ödənişlərin alınması, beynəlxalq tranzitin təşkili məsələlərinə toxunulub.
Bunlar “Erməni qovşağı” layihəsinin həyata keçirilməsi üçün vacib məsələlərdir, Ermənistan hökuməti bu istiqamətdə ardıcıl şəkildə gedəcək.