Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ermənistan Respublikasının Prezidenti Vahagn Xaçaturyan Latviya Respublikasının Prezidenti Egils Levitsi ilə görüşüb.
Hər iki tərəf Ermənistan-Latviya siyasi dialoqunu və dövlətlərarası münasibətlərin dinamikasını yüksək qiymətləndirib, onun daha da zənginləşdirilməsi və inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Görüş zamanı tərəflər regionda davamlı sülhün bərqərar olması perspektivlərini və bu istiqamətdə Avropa İttifaqı ilə birgə səyləri müzakirə ediblər.
İki ölkə prezidentləri beynəlxalq təhlükəsizliyin aktual problemləri və çağırışları ətrafında da fikir mübadiləsi aparıblar.