Ermənistanın Baş naziri Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Baş nazirin müavini Mher Qriqoryan Komissiyanın sədri təyin olunub. Komissiyaya ER Xarici İşlər Nazirliyi, Müdafiə, Ədliyyə, Ərazi idarəetmə və infrastruktur nazirlərinin müavinləri, Kadastr Komitəsi sədrinin 2 müavini, beynəlxalq hüquq məsələləri üzrə nümayəndə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı, Silahlı Qüvvələrin Baş Qərargahının Hərbi Coğrafi Xidmətinin rəisi də daxil edilib.