Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, NATO-nun Moldovaya silah tədarük etmək niyyəti Moskvada suallar doğurur.
“Bizi Böyük Britaniyanın bəyanatı yox, Kişinyovun mümkün reaksiyası təəccübləndirdi. Biz bunu izləyəcəyik. Çünki Moldova konstitusiyasında onun bitərəf bloklara qoşulmamaq statusu aydın şəkildə yazılıb. NATO üzvü olan dövlətin ora silah-sursat tədarükü əlbəttə ki, suallar doğurur”, - rusiyalı diplomat vurğulayıb.