Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüş keçirib”, - məlumatda deyilir.
Onlar hazırkı danışıqların səmərəli olacağına, sabitliyə və problemlərin hərtərəfli həllinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, humanitar problemləri təqdim edib və onların həllinin vacibliyini vurğulayıb.
Paşinyan və Mişel 2021-ci il dekabrın 14-də və 2022-ci il aprelin 6-da əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Onlar həmçinin Ermənistan-Aİ ikitərəfli gündəliyi, xüsusən də Aİ-nin Ermənistan üçün elan etdiyi 2,6 milyard avroluq iqtisadi investisiya paketinin icrası ilə bağlı məsələləri müzakirə ediblər.