Mayın 23-də ER Xİ naziri Ararat Mirzoyan RF Xİ naziri Sergey Lavrovla telefon danışığı aparıb.
Telefon danışığı zamanı 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi prosesinə toxunulub.
Ermənistan və Rusiya xarici işlər nazirləri Ermənistan ilə Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın yaradılmasına dair məsələləri müzakirə edib.
Regionda iqtisadi əlaqələr və nəqliyyat kommunikasiyaların blokdan çıxarılmasına da toxunulub.
Nazir Mirzoyan regional sülh və sabitliyin bərqərar olmasın və Ermənistan ilə Azərbaycan arasında nizamlanma prosesinə dair ER mövqeyini bir daha təsdiləyib.
Ermənistan-Rusiya əməkdaşlığının ikitərəfli və çoxtərəfli gündəliyinə dair məsələlər də müzakirə olunub, müttəfiqlik münasibətlərin daha da möhkəmləndirilməsinə yönəlmiş addımlar ətrafında fikir mübadiləsi aparılıb.