Mayın 22-də Brüsseldə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşü olub.
Müzakirə nəticəsində regional kommunikasiyaların açılması üzrə işlərin gələcək gedişi və sərhəd komissiyalarının işinə başlanması barədə razılıqlar əldə olunub.
İki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesinə hazırlıq, humanitar məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər də müzakirə olunub.
Üçtərəfli görüşlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub, oxşar görüşün iyul və ya avqust aylarında keçirilməsi nəzərdə tutulub.