İqtisadiyyat naziri Vahan Kerobyan Skill Company-nin təşəbbüsü ilə keçirilən Yerevan Tech Forum 2022 tədbirində iştirak edib. Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Nazir çıxışında Yerevanın yeni texnoloji klasterə çevrilməsi istiqamətində dövlət tərəfindən atılan addımlara toxunub.
“Son üç ay ərzində biz texnoloji dünyaya təklifimizin nə olduğunu anlamaq üçün işlər görmüşük. Bizim təklifimiz Ermənistanı insanların öz bizneslərini qura və ya dünya üçün işləyə biləcəyi bir texnologiya mərkəzinə çevirməkdir”,- nazir qeyd edib.