Mayın 20-də ER İqtisadiyyat Nazirliyində Ermənistan-İraq Kürdüstanı biznes forumu keçirilib. Forumda Ermənistan və İraq Kürdüstanından 200-ə yaxın iş adamı iştirak edib.
Tədbirdə ER İqtisadiyyat naziri Vahan Kerobyan qeyd etdi ki, bu cür görüşlər təkcə ticarət-iqtisadi əlaqələrin təşviqi üçün platforma deyil, həm də iki ölkənin iqtisadi inkişafının əsasında duran dəyər və prinsipləri təqdim etmək imkanıdır.
Nazir bildirdi ki, 2021-ci ilin sonuna Ermənistanda İraq kapitallı 88 şirkət qeydiyyatdan keçib, 2021-ci ildə Ermənistanın İraqla dövriyyəsi 182 milyon ABŞ dolları, 2022-ci ilin yanvar-mart aylarında isə 51,64 milyon ABŞ dolları təşkil edib. Keçmiş ilin müvafiq dövri ilə müqayisədə iki dəfə artdı.
O vurğuladı ki, Yaxın Şərqdə ticarət-iqtisadi əlaqələrin inkişafı Ermənistanın prioritet istiqamətlərindən biridir.