Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Turində Avropa Şurası Nazirlər Komitəsinin 132-ci iclasında iştirak etdi. Ararat Mirzoyan çıxışnda Artsax münaqişəsinə toxunub. O qeyd etdi ki, eməni tərəfi beynəlxalq strukturlardakı çatı iki il əvvəl hiss etdi. O vaxt Azərbaycan gücdən istifadə etməmək prinsipini pozaraq Dağlıq Qarabağa, onun xalqına qarşı müharibəyə başlayıb.
“Bu dəhşətli vaxtlardan iki il keçib və Azərbaycan iddia edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub və onlar sülhə hazırdır. Bu bəlkə sadəlövh görünə bilər, amma bu doğrudursa, biz niyə hələ də hərbi əsirlərin qaytarılması, məhbusların hüquqları, onların dərhal azadlığa buraxılması üçün mübarizə aparırıq? Biz niyə hələ də xalqın mədəni hüquqları üçün, Azərbaycan siyasətinin bir hissəsi olan erməni mədəni irsinin məhv edilməsinə qarşı mübarizə aparırıq? Məktəbləri tez-tez atəşə tutulursa, biz niyə uşaqlarımızın keyfiyyətli təhsil hüququ üçün mübarizə aparırıq? Yeganə qaz kəməri sıradan çıxanda biz niyə insanların öz evlərindəelementar məişət şəraiti olması üçün mübarizə aparırıq?
Yeni misallar gətirməyə davam edə bilərəm, amma qısaca danışacağam. Biz niyə mübarizə aparırıq - biz Azərbaycana Dağlıq Qarabağın sadəcə bir ərazi olmadığını deyil, həm də ləyaqətlərinə hörmət tələb olunan insanlar olduğunu başa salmaq üçün mübarizə aparırıq?”,- Mirzoyan vurğuladı.
Mirzoyan qeyd etdi ki, Ermənistan hökuməti regionda sülh və rifahın bərqərar olması səylərinə sadiqdir və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün dərhal həqiqi, konstruktiv danışıqlara başlamağa hazır olduğunu dəfələrlə təsdiqlədi.
“Bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin irəliləyişində əsas rol oynayırlar. Lakin biz inanırıq ki, Avropa Şurası da öz mandatı çərçivəsində bu prosesi dəstəkləməkdə fəal olmalıdır”,- XİN başçısı qeyd etdi.
Avropa Şurası Nazirlər Sessiyası çərçivəsində xarici işlər naziri Çexiya, Norveç və İspaniyanın xarici işlər nazirləri ilə də görüşüb. Mirzoyan regional sülh və sabitliyin bərqərar olunması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Ermənistanın mövqeyini təqdim edib. Həmin ölkələrlə ikitərəfli əməkdaşlığın perspektivləri də müzakirə olunub.