ABŞ Ermənistanla Azərbaycan arasında dialoqu alqışlayır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Biz Cənubi Qafqaz regionunda sülh, demokratik və firavan gələcəyi dəstəkləməyə sadiq qalırıq. Biz tərəfləri dialoqu davam etdirməyə, diplomatik əməkdaşlığı intensivləşdirməyə, birbaşa iştirak üçün mövcud mexanizmlərdən istifadə etməyə, Dağlıq Qarabağ münaqişəsi və münaqişə ilə bağlı bütün məsələlərin hərtərəfli həlli yollarını axtarmağa çağırırıq”,o qeyd etdi.
Onun sözlərinə görə, ABŞ, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycana dəstək verməyə hazırdır.