İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında tərəflər qarşılıqlı əlaqələri, nüvə sazişinə qayıtmağın istiqamətində aparılan Vyana danışıqlarının vəziyyətini və bir sıra regional məsələləri müzakirə ediblər.
Əlavə edilib ki, tərəflər arasında müzakirə edilən regional mövzulardan biri də Ukraynadakı proseslər haqda olub.