Mayın 19-da N saylı hərbi hissənin bölmələrinin iştirakı ilə taktiki hərbi təlim keçirilib.
Hərbi təlimin ssenarisinə əsasən, bölmələr qarşıya qoyulmuş tapşırıqları yerinə yetirib,şərti düşmənin atəş nöqtələrini aşkar edərək məhv edib və əlverişli xətləri zəbt ediblər.
Ali komandanlıq bölmələrin qarşılıqlı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib.