Mayın 19-da ER müdafiə naziri Suren Papikyan 3-cü ordu korpusunun hərbi hissəsində olub və sərhəd nəzarəti həyata keçirən bölmələrinin texniki durumu ilə tanış olub
Sonra isə müdafiə naziri hərbi hissənin komanda heyəti ilə müşavirə keçirib, Silahlı Qüvvələrdə aparılan islahatlarla bağlı bir sıra məsələlər müzakirə olunub.
Səfər çərçivəsində müdafiə naziri hərbi birləşmənin hərbi hissələrinə, Silahlı Qüvvələrin Dağ Təlim Mərkəzinə baş çəkib, hərbi hissələrin məişət, kazarma, idman, döyüş hazırlığı şəraiti, aparılan təmir-bərpa işləri ilə tanış olub.
Suren Papikyan hərbi hissələrin komandirləri və hərbçilər ilə Silahlı Qüvvələrin müasirləşdirilməsi ilə bağlı məsələləri müzakirə edib və əmin edib ki, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi hərbi xidmətin cəlbediciliyinin artırılması və ordunun döyüş qəbliyyətinin gücləndirilməsi üçün bütün səylərini əsirgəməyəcək.