Ermənistanın baş naziri Nikol Paşinyan “Erməni Demokratiya Forumu”nda iştirak edib. Tədbirdə ER Parlamentinin sədri Alen Simonyan, Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan, Parlamentin sədrinin müavinləri Hakob Arşakyan, Ruben Rubinyan, deputatlar, hökumət üzvləri, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin, ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi, Freedom House-un Avropa və Avrasiya üzrə proqram direktoru Mark Behrendt, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak ediblər.
“Bildirmək istəyirəm ki, əgər Ermənistan Respublikasında demokratiyadan danışarkən beynəlxalq təşkilatların hesabatlarına istinad edirəmsə, indi demokratiyadan danışarkən Ermənistan Respublikasının vətəndaşına istinad etmək istəyirəm, çünki Ermənistanda demokratiyanın ən mühüm institutu Ermənistan Respublikası vətəndaş institutudur. Hesab edirəm ki, bu gün vətəndaş Ermənistan Respublikasının demokratiyasının əsas təminatçısıdır”- deyə Nikol Paşinyan öz çıxışında qeyd edib.
ER Baş naziri qeyd edib ki, demokratiya missiyanın davamı sülh missiyasıdır ki, bu da daha çətin, daha çox güc və iradə tələb edən missiyadır: “Mən inanıram, əminəm ki, biz o missiyanı həyata keçirəcəyik”.