Mayın 20-də Avropa Şurasının Nazirlər Komitəsinin Turində keçirilən 132-ci sessiyasında iştirak edən Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın öz çıxışında güclü demokratik təsisatlar və sistemlər qurmaqda Avropa Şurasının oynadığı vacib rolunu vurğulayıb.
Təhlükəsizlik məsələlərinə toxunan ER Xİ naziri qeyd edib: “İki il əvvəl Azərbaycan gücdən istifadə etməmək prinsipini pozaraq Dağlıq Qarabağa, onun xalqına qarşı müharibəyə başlayanda biz çoxtərəfliliyin iflasa uğradığını, beynəlxalq strukturlarda çatların olduğunu hiss etdik.
Bu dəhşətli vaxtlardan iki il keçib və Azərbaycan iddia edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunb və onlar sülhə hazırdırlar.
Bu sadəlövh görünə bilər, amma bu doğrudursa, biz niyə hələ də hərbi əsirlərin qaytarılması və saxlanılan şəxslərin hüquqları, onların dərhal azadlığa buraxılması üçün mübarizə aparırıq? Niyə biz hələ də xalqın mədəni hüquqları uğrunda, Azərbaycanın siyasətindən qaynaqlanan, onun nəzarətində olan erməni mədəni irsinin məhv edilməsinə qarşı mübarizə aparırıq?
Məktəbləri tez-tez atəşə tutulursa, biz niyə uşaqlarımızın keyfiyyətli təhsil hüququ üçün mübarizə aparırıq? Yeganə qaz kəməri sıradan çıxıbsa, biz niyə insanların öz evlərində sadə yaşayış şəraitinin olması üçün mübarizə aparırıq?
Yeni misallar gətirməyə davam edə bilərəm, amma qısaca danışacağam. Niyə biz Azərbaycana Dağlıq Qarabağın sadəcə bir ərazi olmadığını, ləyaqətinə hörmət edilməli olan xalq olduğunu başa salmaq üçün mübarizə aparırıq?”.
Ararat Mirzoyan qeyd edib ki, Ermənistan hökuməti regionda sülh və rifahın bərqərar olması səylərinə sadiqdir və Azərbaycanla münasibətlərin normallaşdırılması üzrə real, konstruktiv danışıqlara dərhal başlamağa hazır olduğunu dəfələrlə təsdiqləyib.
“Bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin irəliləyişində əsas rol oynayırlar. Lakin biz inanırıq ki, Avropa Şurası da öz mandatı çərçivəsində bu prosesi dəstəkləməkdə fəal olmalıdır”- deyə Ermənistanın XİN başçısı vurğulayıb.