Mayın 20-də Avropa Şurası Nazirlər Komitəsinin 132-ci sessiyasında iştirak etmək üçün Turində işgüzar səfərdə olan ER xarici işlər naziri Ararat Mirzoyan Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
Tərəflər ikitərəfli əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi zərurətini müzakirə edərək, hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı maraq doğuran və təşviq edən məsələlər üzrə mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini vurğulayıblar.
Erməni tərəfi Çexiyanın Ermənistanın demokratik islahatlar gündəliyinin irəliləməsinə və vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Xarici işlər nazirləri həmçinin Ermənistan-Çexiya çoxtərəfli gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Bu kontekstdə qarşıdan gələn Aİ-də Çexiyanın sədrliyini vurğulayan nazir Mirzoyan Ermənistan-Aİ tərəfdaşlığının davamlı olaraq genişləndirilməsi və möhkəmləndirilməsi məsələsində erməni tərəfinin maraqlı olduğunu vurğulayıb. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa da istinad edilib.
Görüş zamanı həmsöhbətlər regional və beynəlxalq əhəmiyyəti olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Mirzoyan həmkarına Ermənistanın regional sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş proseslərlə bağlı mövqeyini təqdim edib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ sülh prosesinin irəliləyişində vasitəçilik rolu müzakirə edilib.
44 günlük müharibənin nəticələrinə, xüsusən də humanitar problemlərə toxunan ER XİN rəhbəri erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin təcili vətənə qaytarılmasının vacibliyini xüsusilə vurğulayıb.