Mayın 20-də Avropa Şurasının Nazirlər Komitəsinin Turində keçirilən 132-ci sessiyası çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Norveç Krallığının xarici işlər naziri Annikken Hyuitfild ilə görüşüb.
Ararat Mirzoyan və Annikken Hyuitfild Cənubi Qafqaz regionunda mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Nazir Mirzoyan 44 günlük müharibədən sonra yaranan təxirəsalınmaz humanitar problemləri, xüsusən də Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasının zəruriliyini təqdim edib. O, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ əhalisinin üzləşdiyi humanitar problemlərin tam ünvanlanması üçün adekvat addımlar atmasının zəruriliyini vurğulayıb.
Görüş zamanı ER xarici işlər naziri həmkarına Ermənistan-Türkiyə normallaşması prosesi ilə bağlı son hadisələr barədə də məlumat verib.