ER Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan Azərbaycan prezidentinin delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının işi ilə bağlı bəyanatlarını şərh edib.
“Erməni tərəfi əldə olunmuş razılaşmaların həyata keçirilməsinə sadiq qalmağa davam edir.
Müvafiq olaraq, Ermənistan tərəfi heç bir görüşü ləğv etməyib və ya rədd etməyib.
İki ölkə liderləri arasında Soçi və Brüsseldə əldə olunmuş razılaşmalar çərçivəsində Ermənistan tərəfi komissiyaların işinə başlamaq üçün hazır olmaqda davam edir" – deyə şərhdə deyilir.