Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü yalnız Türkiyənin milli təhlükəsizlik problemlərinin həlli üçün konkret addımların atılması ilə mümkün olacaq.
Türkiyə mətbuatının məlumatına görə, o, İsveç, Finlandiya, Almaniya, Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə telefon danışığı aparıb.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xatırladıb ki, Helsinki və Stokholm Kürdüstan Fəhlə Partiyasını terror qruplaşması kimi tanımayana və rəsmi Ankaraya görə terrorçu olan bir qrup kürdü Türkiyəyə ekstradisiya etməyənə qədər, Ankara onların NATO-ya üzvlüyünə dəstək verməyəcək.