Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Rusiya heç vaxt nüvə silahı ilə hədələməyib.
“Daima Rusiyanı guya Ukraynada nüvə silahından istifadə edə bilməkdə ittiham edən amerikalılar bir sıra məqsədlər güdürlər. Bu məqsədlərdən biri məlumdur - öz əhalisini qorxutmaq. Amma Rusiya heç vaxt nəyinki nüvə silahı ilə hədələməyib, əksinə, bütün tərəfləri bu cür məsuliyyətsiz addımlara qarşı xəbərdar edib, hansı ki, bu, Vaşinqtonu qane etmir", - deyə Rusiya XİN sözçüsü telegram kanalında yazıb.