Mayın 18-də ER-Aİ tərəfdaşlığının dördüncü iclasından əvvəl Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borel ilə görüşüb.
Tərəflər Ermənistan-Avropa İttifaqı münasibətlərinə, qarşılıqlı regional və beynəlxalq maraq doğuran məsələlərə toxunublar.
Ararat Mirzoyan regional sülh və sabitliyin təmin edilməsində və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Ermənistanın mövqeyini təqdim etdi.
Ermənistanın XİN başçısı münaqişənin hərtərəfli həllinə kömək etmək üçün beynəlxalq ictimaiyyətin, xüsusən də Aİ-nin ATƏT-in Minsk Qrupunun həmsədrlərinə dəstəyinə əhəmiyyət verib.