Amerika Birləşmiş Ştatları əmindir ki, Cənubi Qafqaz regionunun sülh, demokratik və firavan gələcəyi üçün Dağlıq Qarabağ münaqişəsi və bununla bağlı həll olunmamamış məsələlərinin hərtərəfli, danışıqlar yolu ilə uzunmüddətli nizamlanması vacibdir.
Bunu Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Lin Treysi “Armenpress”ə müsahibəsində bildirdi.
“Əlbəttə, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağın statusu məsələsi həll olunmamış qalır”, – deyə səfir vurğuladı.
ABŞ səfirinin sözlərinə görə, xalqların öz müqəddəratını təyinetmə hüququ əsas amildir. Bu mənada Vaşinqton əmindir ki, münaqişənin əsasında duran məsələlər beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə və gücdən istifadə etməmək prinsipləri əsasında danışıqlar və hərtərəfli həll yolu ilə nizamlanmalıdır.
Səfir müsahibəsində ABŞ-Ermənistan diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünə də toxunub.
“Qeyd etdiyiniz kimi, Ermənistan və ABŞ ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir, lakin xalqlarımızın əməkdaşlığı bundan xeyli əvvəl başlayıb. Üzləşdiyimiz problemlərə baxmayaraq, biz 1991-ci ildən və ya Ermənistanın müstəqilliyinin bərpasından sonra Ermənistanla əməkdaşlıq sahəmizdə böyük irəliləyiş əldə etdik. Birləşmiş Ştatlar ümumi demokratik dəyərlərə əsaslanan Ermənistanla tərəfdaşlığımızı yüksək qiymətləndirir və Ermənistan-Amerika münasibətlərində gələcək müsbət irəliləyişləri qeyd etməkdə davam edir”,- səfir qeyd etdi.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə səfir bildirdi ki, status məsələsi hələ həll olunmayıb.
“ABŞ-ın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağın statusu hələ də həll olunmamış qalır. Biz sülh danışıqlarının davam etdirilməsini təşviq edirik və ikitərəfli formatda və həmfikir tərəfdaşalrla, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi əlaqə saxlamağa hazırıq”,- Lin Treysi vurğuladı.
İlham Əliyevin “Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olunmamalıdır, çünki bu məsələni Azərbaycan onların yerinə həll etdi” bəyanatına münasibət bildirən diplomat qeyd etdi ki, münaqişənin hərbi yolla həlli yoxdur.
Səfir Parux hadisələri və Dağlıq Qarabağ ermənilərinin hüquqları barədə də danışıb. O bildirdi ki, bu hadisələr narahatlıq doğuran hərəkətlər.
“Xalqların öz müqəddəratını təyinetmə hüququ əsas amildir, lakin bu məqsədə nail olmaq üçün yeganə beynəlxalq səviyyədə tanınmış prinsip deyil. Münaqişənin hərtərəfli həlli kontekstində ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ xalqının öz gələcəyinin müəyyən edilməsində rolunu tanıyır”,- səfir vurğuladı.