İtaliya parlamentinin nümayəndə heyəti mayın 18-də Ermənistana gəlib və ER Parlamentinin bir qrup deputatı, İtaliyanın ER-dəki fövqəladə və səlahiyyətli səfiri Alfonso Di Rizonun müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib.
Erməni Soyqırımı Muzey-İnstitutunun muzey işləri üzrə direktor müavini Lusine Abrahamyan memorialın yaradılması barədə qonaqlara məlumat verib.
İtaliyalı deputatlar Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edən əbədi məşəl önünə gül dəstələri qoyub, Erməni Soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İtaliyadan gələn nümayəndə heyətinin üzvləri Erməni Soyqırımı Muzeyini də gəzmiş, daimi və müvəqqəti sərgilərlə tanış olmuşlar. Səfərin sonunda onlar Fəxri qonaqlar kitabına qeydlər ediblər.