İsveç səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, səfir Rusiyanın İsveçdəki diplomatlarının persona non qrata elan olunmasına görə çağırılıb.
Ona Rusiya XİN-in gördüyü cavab tədbiri çatdırılıb.
Qeyd edək ki, mayın 18-də Fransa və İspaniya səfirləri də XİN-ə çağırılmışdı.