Vaşinqton Azərbaycan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, o cümlədən bütün vətəndaşlara öz fikirlərini dinc şəkildə ifadə etmək imkan verməyə çağırır.
“Dinc etirazlar açıq siyasi sistemin elementidir. Biz insanların Azərbaycan Konstitusiyasında zəmanət verilmiş fikirlərini ifadə etmək və dinc şəkildə toplaşmaq azadlıqlarının həyata keçirməsi hüququnu tamamilə dəstəkləyirik”, deyə Dövlət Departamentinin nümayəndəsi çərşənbə axşamı Turan-ın mayın 14-də Bakıda dinc etiraz aksiyası zamanı zorakılıq haqqında sorğusuna cavabda bildirib.
“Bütün dünyada olduğu kimi, Azərbaycanda da hökuməti KİV-in təhlükəsizliyini təmin etməyə və jurnalistlərin öz işlərini zorakılıq, təhdid və ya bilavasitə saxlanılmaqdan qorxmadan yerinə yetirmək imkanını qorumağa çağırırıq”, deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib.