NATO artıq Baltik dənizi regionunda ayıq-sayıqdır.
Bunu NATO Baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı müraciəti təhvil alarkən hər iki ölkənin səfirləri ilə görüşü zamanı deyib.
Baş katib qeyd edib ki, müttəfiqlər bütün məsələlər üzərində işləyərək sürətli nəticəyə nail olmaqda qətiyyətlidir.