Parlamentin “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib ki, Ermənistan-Çexiya Dostluq Qrupunun rəhbəri olaraq Çexiya Senatının Birinci vitse-sədri Yirji Rujiçkanın başçılığı ilə Yerevanda iki günlük səfərdə olan çexiyalı həmkarları ilə görüşüb.
“Biz siyasi və diplomatik dəstək gözləyərək, 44 günlük müharibə nəticəsində hələ də əsirlikdə olan 38 soydaşımızın geri qaytarılması, Azərbaycanın nəzarəti altında olan ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması ilə bağlı məsələləri müzakirə etdik.
Media sahəsində əməkdaşlıq imkanlarını, vizanın liberallaşdırılması ilə bağlı məsələləri müzakirə etdik” – deyə Hovhannisyan öz “Facebook” səhifəsində yazıb.