İsveç və Finlandiya XİN rəhbərləri Türkiyəyə səfər edəcək.
Bu barədə İsveç Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, səfər yaxın zamanda baş tutacaq.
Qeyd edək ki, İsveçin müdafiə naziri Peter Hultqvist SVT dövlət televiziyasına bildirmişdi ki, bu səfərin məqsədi onun ölkəsinin NATO-ya üzv olmaq planına qarşı Ankaranın etirazını türkiyəli rəsmilərlə müzakirə edərək aradan qaldırmaqdır.