Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistana səfərinin ləğvi ilə bağlı yayılan xəbərlər yalandır.
Bunu ER parlamentinin sədrinin sözçüsü Tsovinar Xaçatryan “Lurer”-ə bildirib.
“Məlumat tamamilə yalandır. Bu müddət ərzində Volodinin Ermənistana səfəri nəzərdə tutulmayıb. Vyaçeslav Volodin iyunda Ermənistana rəsmi səfər edəcək. O, KTMT Parlament Assambleyasının iclasında da sədr kimi iştirak edəcək".
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Dövlət Duması sədrinin Ermənistana səfərini ləğv etdiyi barədə xəbərlər yayılmışdı.