Moskva Ermənistandakı etirazları respublikanın daxili işi hesab edir və bu proseslərə qarışmır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Bu, Ermənistanın daxili işidir - orada baş verən hər şey bu ölkənin daxili işidir. Biz bunu bilirik və bu proseslərə qarışmırıq", - XİN rəsmisi vurğuladı.