Rusiya Prezidenti Vladimir Putin mayın 16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitindəki çıxışı zamanı bildirib ki, KTMT 20 ildir ki, postsovet məkanında sabitləşdirici rol oynayır.
Rusiya prezidenti çətin dövrlərin təşkilatın gələcək inkişafına mane olmayacağına ümid etdiyini bildirib.
“Təşkilat postsovet məkanında çox mühüm sabitləşdirici rol oynayır. Ümid edirəm ki, bu baxımdan, onun imkanları və bizim məsuliyyət sahəmizdəki vəziyyətə təsiri daha da artacaq",- Putin vurğuladı.